BAKI, 18 sentyabr. TELEQRQAF
Qəzzanın Rəfah bölgəsində minanın partlaması nəticəsində İsrailin dörd hərbçisi ölüb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Bununla da Qəzza müharibəsinin başlanğıcından bəri İsrail ordusunda rəsmi olaraq təsdiqlənmiş itkilərin sayı 908 nəfərə çatıb.