AZ

Qusarın Əcəxuroba kəndinin problemləri DİNLƏNİLDİ - FOTO

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov növbəti səyyar qəbulunu Əcəxuroba kənd sakinləri ilə keçirib.

Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, qəbulda RİH başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
 

Sakinlər kənddaxili yolların təmiri, istismara yararsız elektrik xəttləri və dirəklərinin dəyişdirilməsi, fərdi yaşayış evinə qaz və elektrik xəttlərinin çəkilməsi, işıq sayğacının quraşdırılması, kənddə avtobus dayanacağının quraşdırılması, magistral yolda yol nişanlarının quraşdırılması, torpaq sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsi və digər məsələlərlə bağlı müraciətlərini ediblər.


Sakinlər tərəfindən qaldırılan məsələlər nəzarətə götürülüb və həlli ilə bağlı aidiyyəti müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.












Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

Seçilən
9
bizim.media

1Mənbələr