ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Qlobal enerji bazarında qiymətlərin kəskin enməsi Rusiya üçün ciddi iqtisadi çətinliklər yaradacaq və bu da Ukraynada müharibənin tezliklə başa çatmasına gətirib çıxara bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlamasında bildirib.
Onun sözlərinə görə, Moskvanın büdcəsi böyük ölçüdə neft və qaz gəlirlərindən asılıdır və qiymətlərdəki ciddi dalğalanma Kremlin hərbi fəaliyyətlərini davam etdirmək imkanlarını məhdudlaşdıra bilər.
Tramp həmçinin Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə görüşünü düzgün qərar adlandırıb və bunun diplomatiya baxımından mühüm addım olduğunu vurğulayıb.
Onun fikrincə, bu görüş tərəflər arasında gərginliyin azaldılmasına və yeni dialoq imkanlarının açılmasına xidmət edib.
Tahir Turan
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.