AZ

Narkotik istifadəçilərinin İİV-ə yoluxma sayı açıqlanıb

Bu ilin avqust ayının sonuna kimi aşkarlanmış İnsanın immunçatışmazlığı virusuna (İİV) yoluxmuş Azərbaycan vətəndaşları arasında 42 (5%) nəfər inyeksion narkotik istifadəçiləri olub.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının icmalında qeyd edilib.

Bildirilib ki, hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 285, QİÇS-lə Mübarizə Mərkəzində 321, Sumqayıt Narkoloji Mərkəzində 134 nəfər) 740 xəstə müalicə alır.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İİV-ə yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.

Seçilən
6
7
7times.az

9Mənbələr