AZ

"Fənərbaxça"ya keçməyim bir səhv idi" - Mourinyo

Xəbər verdiyimiz kimi, Joze Mourinyo "Benfika"nın yeni baş məşqçisi olub.

Sportal.az xəbər verir ki, 62 yaşlı portuqaliyalı mütəxəssis "Fənərbaxça"ya keçidi və oradan ayrılması ilə maraqlı faktlara toxunub:

"Mənim üçün ideal şərait dünyanın ən yaxşı komandalarından birini yenidən çalışdırmaqdır. Mənim karyeram çox zəngin olub, dünyanın müxtəlif ölkələrində ən böyük klubları çalışdırmışam.

Mən səhv qərarlar vermişəm... Bəzən portuqal dilində söz tapa bilmirəm. Mən peşmanlıq yaşamıram, çünki həyatda peşmanlıq heç nəyə kömək etmir, amma nələri yaxşı, nələri pis etdiyimizi dərk etmək hər halda olur. "Fənərbaxça"ya keçməklə səhv etdim. Bu, mənim mədəniyyət səviyyəmə uyğun deyildi, futbol səviyyəmə də uyğun deyildi. Əlbəttə, orada son günümə qədər əlimdən gələni etdim. İşdən çıxarılandan sonra məyus oldum, indi Brunu Lage necədirsə, elə. Çünki heç kim getməyi sevmir. Amma “Benfika”nı çalışdırmaq, öz səviyyəmə qayıtmaq deməkdir".

saytlarin hazirlanmasi

Seçilən
6
1
sportal.az

2Mənbələr