AZ

Dünyada allergiya xəstələrinin sayı sürətlə artır - Səbəb nədir?

Havanın çirklənməsi və müasir həyat tərzi allergiya və otoimmün xəstəliklərdən əziyyət çəkən insanların sayının artmasına səbəb olur.

Qaziler.az bildirir ki, bunu immunoloq Vladimir Bolibok “LIFE.ru” saytına bildirib. O qeyd edib ki, mənfi amillər arasında xroniki stress, D vitamini çatışmazlığı, genetik meyl var.

“Kimyəvi maddələr və qida əlavələri immun sistemini pozur. İşlənmiş qidalar və şəkərlə zəngin olan qidalanma bağırsaq mikrobiomuna zərər verir. Məşhur "gigiyena fərziyyəsinə" görə, uşaqlıqda həddindən artıq təmin gigiyena immun sisteminə dostu düşməndən ayırmasına mane olur”, - Bolibok izah edib.

Həkim əlavə edib ki, təkmilləşdirilmiş diaqnostik üsullara baxmayaraq, allergiyası olan xəstələrin sayının artması səhiyyə üçün ciddi problemdir.

QAZİLER.AZ

Seçilən
14
qaziler.az

1Mənbələr