AZ

Telman İsmayılovun mühafizəçisinə 14,5 il iş verdilər

Müğənni Avraam Russoya sui-qəsd cəhdində ittiham olunan iş adamı Telman İsmayılovun keçmiş mühafizəçisi Tərxan Eldukayevə hökm oxunub.

Bakıvaxtı.az xəbər verir ki, Moskva Hərbi Məhkəməsi onu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14,5 il müddətinə azadlıqdan məhrum edib.

Eldukaev 2006-cı ildə Russoya qarşı sui-qəsd cəhdində və Qurşumov iş adamlarına sui-qəsddə köməklik etməkdə təqsirli bilinib.

İttihama görə, “Çerkizovski” bazarının keçmiş sahibi Telman İsmayılov 2004-cü ilin əvvəlində Avraam Russonu aldadaraq Moskvadakı “Praqa” restoranına dəvət edib. Orada müğənnini döyüblər, sonra onu bağ evində qanunsuz olaraq 24 saat saxlayıblar. Nəticədə sənətçi ondan irəli gələn tələblərlə razılaşmaq və başqa prodüserlə əməkdaşlıqdan imtina etmək məcburiyyətində qalıb.

Russo 14 il sonra hüquq-mühafizə orqanlarına müraciət edib./Teleqraf

Seçilən
0
3
bakivaxti.az

5Mənbələr