AZ

Biləsuvarda “Mercedes” aşdı

Yazını böyüt
Yazını kiçilt

Biləsuvar rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Çaylı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəzada Cəlilabad rayonunun Uzuntəpə kənd sakinləri 1963-ci il təvəllüdlü Abbasov Elalim Əhəd oğlu, 1980-cı il təvəllüdlü Əliyev Azad Vaqif oğlu və 1972-ci il təvəllüdlü Abbasov Zeynal Əhəd oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

 
 
 
Seçilən
12
7
hafta.az

9Mənbələr