AZ

NATO: PURL proqramı çərçivəsində ilk Amerika silahları artıq Ukraynadadır

ABŞ və NATO-nun təşəbbüsü olan Prioritetləşdirilmiş Ukrayna Tələblər Siyahısı (Prioritized Ukraine Requirements List - PURL) proqramı çərçivəsində artıq dörd hərbi yardım paketi maliyyələşdirilib.

"Ölkə.az" xəbər verir ki, bu barədə "RBK-Ukrayna"ya NATO nümayəndəsi bildirib.

"PURL proqramı çərçivəsində indiyədək dörd paket maliyyələşdirilib. İlk paketlərdən bəzi avadanlıqlar artıq Ukraynaya çatdırılıb, daha çoxu isə yoldadır", - nümayəndə deyib.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski qeyd etmişdi ki, ölkə ilk PURL hərbi yardım paketləri çərçivəsində "Patriot" və HIMARS sistemləri üçün raketlər alacaq.

Seçilən
0
2
olke.az

3Mənbələr