AZ

Tətil səbəbindən ictimai nəqliyyatın hərəkəti məhdudlaşıb

Fransanın bir sıra şəhərlərində tətillə əlaqədar ictimai nəqliyyatın hərəkətində fasilələr yaranıb. Avtosfer.az xəbər verir ki, BFM telekanalının məlumatına görə, xüsusilə Lion, Bordo və Nantda tramvay və avtobus xidməti məhdudlaşdırılıb. Parisdə və paytaxt regionunda metro və şəhərətrafı qatarların hərəkətində də problemlər yaşanır. Fransa Daxili İşlər Nazirliyi tətil və onunla bağlı aksiyalar zamanı asayişi qorumaq üçün 80 min polis və jandarm cəlb olunacağını bildirib. Bu arada BFM televiziyasının sorğusu göstərib ki, Fransa vətəndaşlarının 56 faizi tətili dəstəkləyir. Digər 25 faiz ona qarşıdır, 18 faiz isə məsələyə biganə münasibət bəsləyir. Həmkarlar ittifaqları fransızları cümə axşamı günü küçələrə çıxaraq sabiq Baş nazir Fransua Bayrunun təqdim etdiyi büdcə tədbirlərindən narazılıqlarını ifadə etməyə çağırıb.

Seçilən
2
4
avtosfer.az

5Mənbələr