Rusiyanın Kamçatka yarımadasında güclü zəlzələ qeydə alınıb.
Milli.Az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsinin məlumatına görə, yeraltı təkanların maqnitudası 7,7 bal təşkil edib.
Zəlzələ Petropavlovsk-Kamçatskidən 125 km aralıda baş verib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.
Milli.Az