AZ

Memar Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması haqqında 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, orta əsrlər Azərbaycan memarlığının inkişafında müstəsna yeri olan qüdrətli sənətkar Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi məqsədilə qərara alıram:

1. Naxçıvan şəhərində görkəmli memar Əcəmi Naxçıvaninin abidəsi ucaldılsın.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 sentyabr 2025-ci il

Seçilən
19
1
azerbaijan-news.az

10Mənbələr