AZ

79 yaşlı Trampın səhhəti ilə bağlı suallar İngiltərə səfərində yenidən alovlandı

ABŞ-nin Prezidenti Donald Trampın İngiltərəyə səfəri siyasi gündəmdən çox onun sağlamlıq vəziyyəti ilə bağlı söz-söhbət doğurdu. 79 yaşlı Tramp uzun müddətdir əllərindəki göyərmələrlə diqqət çəkirdi. Bu dəfə isə o, Vindzor qalasında Kral III Çarlz ilə görüşdə əlində “sirli sarı ləkə” ilə görüntülənib.

News24.az xəbər verir ki, Trampın həkimi izlərin çox əl sıxmaq və aspirin istifadəsindən qaynaqlanan yüngül dəri qıcıqlanması olduğunu açıqlayıb. Mətbuat katibi isə göyərmələri Trampın “xalqla sıx təmasda olması” ilə izah edib. Lakin bundan əvvəl onun şişmiş topuqları və üzdə asimmetriya görüntüləri də sağlamlığı ilə bağlı söz-söhbətə səbəb olmuşdu. 

Səfər zamanı Trampın krallıq protokolunu pozması da gündəmə gəlib. O, Kral Çarlzın önündə addımlayıb, Prens Uilyamla salamlaşarkən isə qoluna toxunub. Bu hərəkət krallıq qaydalarında “qəti qadağan” hesab olunur.

Qeyd edək ki, Trampın iki günlük səfəri çərçivəsində İşçi Partiyasının lideri Kir Starmerlə də görüşü planlaşdırılıb.

Xeyrənsə Piriyeva

Seçilən
104
1
news24.az

2Mənbələr