AZ

Yeni baş məşqçiyə ilk qələbə sevincini bəxş edənlər - VİDEO

I Liqada II tura start verilib.

Sportinfo.az xəbər verir ki, "Cəbrayıl" Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda "Mingəçevir"i qəbul edib.

Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, Ramiz Məmmədovun yeni klubunda ilk qalibiyyəti kimi tarixə keçib.

"Mingəçevir" 2 turdan sonra 3 xal toplayıb. "Cəbrayıl" isə hər iki oyunda da uduzub.

"Cəbrayıl" - "Mingəçevir" 1:3
Qollar:
D.Açimi, 8 - Q.Səfərov, 27, A.Usman, 45+1, S.Abdullayev, 83 (pen)

Seçilən
135
7
sportinfo.az

7Mənbələr