AZ

Delimitasiya Tavuşdan Zəngəzura keçdi

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Publika.az xəbər verir ki, "Delimitasiya Tavuşdan Zəngəzura keçdi" adlı süjetdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasından sonra yekun müqavilənin nə vaxt imzalanacağı sualları ilə bağlı aparılan müzakirələrdən bəhs olunur.

Bildirilir ki, Ermənistanda gələn il Konstitusiyanı dəyişdirmək məqsədilə referendum keçiriləcək və bu addımdan dərhal sonra yekun müqavilə imzalanacaq. Beləliklə, Azərbaycan və Ermənistan arasında məhz erməni millətçilərinin əməlləri ilə başlanan münaqişə nəhayət rəsmi şəkildə sona çatacaq və Cənubi Qafqaza nəhayət sülh dövrü gələcək.

Diqqətə çatdırılır ki, Ermənistanda əsas müzakirə mövzularından biri də Zəngəzur dəhlizi, delimitasiya ilə bağlıdır.

Türkoloq Varujan Qeqamyan, şərhçi Arman Abovyan, Respublika Partiyasının üzvü Eduard Şarmazanov iddia edirlər ki, Zəngəzur dəhlizi ilə Azərbaycan Qərbi Azərbaycan adlandırdığı ərazilərə giriş əldə edəcək, daha sonra bu ərazilər nəzarətə götürüləcək. Azərbaycanlılar Bakının de-fakto nəzarət edəcəyi Qərbi Azərbaycana qayıdacaqlar. Ermənistanın Qərbi Azərbaycana çevrilməsi məsələsində Qərb və Türkiyə razılaşıb.

Sonda vurğulanır ki, Zəngəzur dəhlizi də açılacaq, tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdış da baş tutacaq və hazırda baş verənlər bizi addım-addım Zəngəzura yaxınlaşdırır.

Seçilən
67
publika.az

1Mənbələr