BAKI, 19 sentyabr. TELEQRAF
Yuxu vaxtı yaşlanmanın yavaşlamasında və sağlamlığın möhkəmlənməsində əsas rol oynayır.
Teleqraf xəbər verir ki, bu barədə diyetoloq və uzunömürlülük üzrə ekspert Melani Mörfi Rixter danışıb.
Rixterin sözlərinə görə, yuxu uzunömürlülüyün ən güclü vasitələrindən biridir. Bu zaman təkcə onun müddəti deyil, həm də yuxuya getmə vaxtı əhəmiyyət daşıyır. Bununla əlaqədar mütəxəssis saat 22:00 ilə 00:00 arasında yatmağı və hava işıqlananda oyanmağı məsləhət görüb.
“Bu şəkildə sirkad ritmlər, hormonal balans və hüceyrə bərpası prosesləri dəstəklənir”, - o izah edib.
Lakin dietoloq qeyd edib ki, hamının istisnasız olaraq bu qrafikə əməl etməsi vacib deyil. Onun fikrincə, fərdi sirkad ritminə uyğun rejim tapmaq və ona daim riayət etmək daha vacibdir. Mörfi hətta həftəsonları daha çox yatmaq vərdişinin belə orqanizmin təbii ritmini poza biləcəyi və sağlamlığa zərər verə biləcəyi barədə xəbərdarlıq edib.