AZ

Azərbaycanda federasiyanın rəhbər heyəti istefa verdi - SİYAHI

Dünya Alpaqut Federasiyasının (DAF) İcraiyyə Komitəsinin üzvləri və Azərbaycan nümayəndəliyinin rəhbər şəxsləri tutduqları vəzifələrdən istefa veriblər.

Sportinfo.az xəbər verir ki, bu barədə federasiyadan məlumat verilib.

İstefa edənlər:
• DAF Prezidenti – Jalə Əhmədova
• 1-ci vitse-prezident – Könül Nurullayeva
• Vitse-prezident – Anar Qurbanov
• İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri – Firuzə İskəndərova
• Katibliyin rəhbəri – Tünzalə Əzimova

Azərbaycan nümayəndəliyində istefa qərarı verənlər:
• Prezident – Fuad Quliyev
• 1-ci vitse-prezident – Mehman Səfərov
• Vitse-prezident – Davud Davudov
• Könüllülərlə iş departamentinin rəhbəri – Jalə Məmmədova

İstefaların əsas səbəbi federasiyanın idarə olunması və inkişaf strategiyası ilə bağlı İcraiyyə Komitəsi və İdarə Heyəti arasında yaranmış ciddi fikir ayrılıqlarıdır.

Seçilən
32
sportinfo.az

1Mənbələr