AZ

“Tramp Netanyahu görüşü mühüm təsirlərə malik ola bilər”

Xalqcebhesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“İsrailin Baş naziri Benyamin Netanyahunun yaxın günlərdə ABŞ Prezidenti Donald Trampla Ağ Evdə yenidən görüşəcəyi bildirilir. Görüşdə əsas müzakirə mövzusunun əsasən Qəzzadakı vəziyyət və atəşkəs şərtləri ilə bağlı olması ehtimal edilir. Xüsusilə də, girovların azad edilməsi istiqamətində atılan addımlar, İsrailin Qəzzada sərhədsiz güc istifadəsi ilə müşahidə edilən əməliyyatları fonunda bu görüşdən gözləntilər kifayət qədər yüksəkdir”.

Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.

A.Qurbanovanın bildirdiyinə görə, ilkin olaraq atəşkəs şərtləri ilə bağlı müəyyən müzakirələrin olması ehtimal oluna bilər: “Digər tərəfdən İran məsələsi ilə bağlı müzakirələrin olacağını ehtimal etmək olar. Həmçinin regional təhlükəsizlik, İsrailə iqtisadi yardımların artırılması və strateji əlaqələrin möhkəmləndirilməsi kimi məsələlərin də gündəlikdə ola biləcəyi istisna edilmir. Nəticə etibarilə, Tramp-Netanyahu görüşü Orta Şərqin yeni formalaşan təhlükəsizlik arxitekturasının gələcəyi üçün mühüm təsirlərə malik ola bilər”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
icma.az

1Mənbələr