AZ

Qazaxıstan Prezidenti ABŞ-yə işgüzar səfərə yola düşüb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT Baş Assambleyasının 80-ci sessiyasında işində iştirak etmək məqsədilə ABŞ-yə səfərə gedib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə "Kazinform"a istinadən xəbər verir.

Bildirilib ki, Tokayev səfər çərçivəsində bir sıra dövlətlərin və beynəlxalq təşkilatların rəhbərləri ilə danışıqlar aparacaq.

Prezident həmçinin ABŞ-nin iş adamları ilə keçiriləcək dəyirmi masaya qatılacaq, dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşlər keçirəcək.

 

Seçilən
23
3
operativmm.az

4Mənbələr