Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində, "Rahat" supermarketin qarşısında qeydə alınıb.
60 yaşlı Cəlilov Səməndər Lətif oğlu idarə etdiyi “Ford Transit” markalı yük avtomobili Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən marketin qarşısında dayanan Abbasov Elman Cəbrayıl oğlunun idarə etdiyi “HOWO” markalı yük avtomobilinə arxadan çırpılıb. Nəticədə S. Cəlilov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.