AZ

Göygöldə dava: Qayınata gəlinini balta ilə vurdu

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Göygöl rayonunda qayınata gəlinini balta ilə vurub.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində baş verib.

Kənd sakini Cəmil Əliyev (ad və soyad şərtidir) yaşadığı evin qapısını açıq görüb. O, otağa daxil olaraq gəlinindən qapını niyə açıq qoyduğunu soruşub. Həmin vaxt qayınata ilə gəlin arasında mübahisə baş verib və Cəmil gəlinini küçə söyüşləri ilə təhqir edib. Hadisədən əsəbiləşən gəlin də qayınatasını söyüb. Nəticədə Cəmil gəlininin saçından tutaraq dartıb onu yerə yıxıb. Daha sonra Cəmil evdən baltanı götürərək gəlinin başına zərbə endirib.

Hadisə yerinə polis əməkdaşları gəliblər. Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Göygöl Rayon Məhkəməsinin hökmü ilə C.Əliyev aylıq qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla altı ay islah işləri cəzasına məhkum edilib.

Samir Əli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
6
oxu.az

7Mənbələr