AZ

Bakı Ali Neft Məktəbi “TEKNOFEST”də 80 ə yaxın tələbə ilə təmsil olunur

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

İstanbul, 19 sentyabr, Günel Karatepe, AZƏRTAC

Bakı Ali Neft Məktəbi (BANM) olaraq artıq bir neçə ildir ard-arda “TEKNOFEST”də iştirak edirik. Hər dəfə də uğurlarla Vətənə qayıdırıq. Uğurlarımızın bu il də təkrarlanacağına ümidvarıq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında BANM-in İnnovasiya və Tədqiqatlar Mərkəzinin rəhbəri Emiliya Əhmədova bildirib.

“Bizdə olan məlumata görə, builki “TEKNOFEST”də Azərbaycandan təxminən 43 komanda iştirak edir. Onlardan 30-u BANM-in komandalarıdır. Biz festivalda 80-ə yaxın tələbəmizlə on kateqoriya üzrə çıxış edirik. Ümumiyyətlə Bakı Ali Neft Məktəbi bu il burada fərqli maraqlı layihələrlə təmsil olunur və layihələrimizin uğur qazanacağına ümid edirik”, - deyə o əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
53
1
azertag.az

2Mənbələr