AZ

Sabunçuda AĞIR QƏZA: ölən var YENİLƏNİB

Lent az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində, "Rahat" supermarketin qarşısında qeydə alınıb.

60 yaşlı Cəlilov Səməndər Lətif oğlu idarə etdiyi “Ford Transit” markalı yük avtomobili Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən marketin qarşısında dayanan Abbasov Elman Cəbrayıl oğlunun idarə etdiyi “HOWO” markalı yük avtomobilinə arxadan çırpılıb. Nəticədə S. Cəlilov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

***

06:26

Sabunçu rayonu, Zabrat şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, “Ford” markalı avtomobil “KamAZ”la toqquşub.Qəza nəticəsində “Ford”un sürücüsü həyatını itirib.

Hadisə yerinə polis və təcili yardım əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
lent.az

1Mənbələr