AZ

“Müharibənin Qərbin leyhinə dəyişməsi üçün fundamental qərarlar qəbul ediləcək”

“Rusiya prezidenti Vladimir Putin və  Ukrayna prezidenti Volodimir Zelenski  görüşə bilər. Rusiya və ABŞ prezidentlərinin danışıqları uğursuzluqla nəticələndikdən sonra Vaşinqton Ukraynaya hərbi yardımları intensivlədirib”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq Ukraynanın Donetsk istiqamətində uğurlu əks-hücuma keçdiyini bildirib:

Donald Tramp ötən gün Vladimir Putini işğalçı adlandırdı. Artıq Rusiya -Ukrayna müharibəsində yeni dönəm başlayıb. Avropa İttifaqı və ABŞ Rusiyaya yanaşmada müharibədə fikir ayrılıqlarını kanara  qoyub vahid mövqedən çıxış edir. Bu isə Rusiyanın Polşa və Rumıniyanın hava sərhəddini pozması proseslərin başlanmasına zəmin yaratdı. Donald Tramp Avropada səfərdədir. Bu səfərdə Ukraynaya hərbi yardımlar və müharibənin Qərbin leyhinə dəyişməsi üçün fundamental qərarlar qəbul ediləcək. Donald Trampın əsas məqsədi Vladimir Putin və Volodimir Zelenskini görüşdürməkdir. Artan hərbi təzyiqlər fonunda Putin Zelenski ilə neytral bir ölkədə  görüşə bilər”.

Vasif ƏLİHÜSEYN

Seçilən
1
1
adalet.az

2Mənbələr