AZ

“Azərbaycan suverenliyə aparan yolu hər zaman axtarıb”

“Bu il xüsusi bir ildir. 2024-cü ilin 19 sentyabrında Prezidentin Sərəncamı ilə hər il 20 sentyabr Suverenlik Günü kimi qeyd ediləcək. Suverenlik istənilən xalqın ən böyük arzusu, niyyətidir. Konstitusiya və Suverenlik ili təkcə rəmzi xarakter daşımır, böyük Zəfərimizin 5 və Konstitusiyamızın 30 illiyidir”.

"Cebheinfo.az" xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Milli Məclidə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Dövlət Suverenliyi Gününə həsr edilən konfransda bildirib.

“Keçmişə dəyər vermək və gələcəyimizə bütün istiqamətlərimizi yönəltməliyik. Arzumuz odur ki, Azərbaycan müstəqil dövlət kimi dünya birliyində qabaqcıl dövlətlərdən olsun. Çox gözəl xatirimizdədir ki, uzun illər ərzində Azərbaycan torpaqları işğal altında olub və biz belə bir mühitdə yaşamışıq. Eyni zamanda Azərbaycan öz əzmini itirməyib və suverenliyə aparan yolu hər zaman axtarıb”, - Fərhad Abdullayev bildirib.

"Cebheinfo.az" 

Seçilən
48
1
cebheinfo.az

3Mənbələr