AZ

Maks Verstappen və Daniel Rikkardo Bakıda “Lada” sürdülər – FOTO – VİDEO

Maks
19–21 sentyabr tarixlərində paytaxtımızda keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran-prisi 2025 öncəsi pilotlar yarış trasından kənarda da maraqlı anlar yaşadırlar. “1news.az xəbər verir ki, Red Bull Racing” komandasının sürücüsü, üçqat dünya çempionu Maks Verstappen “Instagram” hesabında qeyri-adi paylaşım edib. O, Bakının küçələrində “Lada” markalı avtomobil idarə edərkən çəkilmiş videonu izləyiciləri ilə bölüşüb. Sürətli bolidlərdən fərqli olaraq sadə avtomobildə görünən Verstappen paylaşımına qısa və zarafatla belə şərh yazıb: “Lada Action in Baku”.
Onunla birlikdə sükan arxasında həmkarı və yaxın dostu Daniel Rikkardo da əyləncəli anlar yaşayıb.

Hazırda Formula 1 sürücüləri yarışa hazırlıqla yanaşı, sosial şəbəkələrdə milyonlarla izləyicisi ilə maraqlı paylaşımlar etməklə də gündəmdədirlər.

Seçilən
11
1
1news.az

2Mənbələr