AZ

Alimlər: Beyin nitqi sürətindən asılı olmayaraq eyni tempdə eşidir

Kolumbiya Universitetinin alimləri maraqlı araşdırma edib.

E-saglam.az xəbər verir ki, Roçester və Kolumbiya Universitetinin alimləri aşkar ediblər ki, insan eşitmə qabığı nitqi müəyyən bir zaman pəncərəsində eyni sürətlə emal edir, hətta audio sürəti sürətləndirilə və ya yavaşladılarsa belə.

Tədqiqatda epilepsiya xəstələrinə müvəqqəti elektrodlar implantasiya olunmuş və onlar eyni audiokitab parçalarını normal və yavaş sürətlə dinləmişlər. Nəticə göstərib ki, eşitmə qabığı siqnalı sabit bir sürətlə emal edir – təxminən 100 millisaniyəlik pəncərə ilə, beyinin daha yüksək bölgələri isə söz və ifadələri başa düşmək üçün yaranan axını şərh edir.

Alimlər bu mexanizmin nitqin işlənməsi və bəzi insanların eşitmə və dil emalı pozğunluqlarını anlamaqda əhəmiyyətli ola biləcəyini bildirirlər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
19
e-saglam.az

1Mənbələr