AZ

Britaniya kəşfiyyatı casuslara yeni imkanlar yaradıb

Britaniya

Böyük Britaniyanın xarici kəşfiyyat agentliyi MI6, İngiltərə üçün casusluq etmək və ya şəxsiyyəti müəyyən edilmədən məlumat sızdırmaq istəyənlərin təhlükəsiz şəkildə istifadə edə biləcəyi bir mesajlaşma platforması elan edib.

Reyting.az
-ın məlumatına görə, ölkənin Xarici İşlər Nazirliyi də Böyük Britaniya üçün casusluq etmək istəyənlərə anonimliyi qorumaqla Mİ6-ya mesaj göndərmək imkanı yaradan “Səssiz kuryer” platformasıın istifadəyə verildiyini təsdiqləyib.

Qeyd olunur ki, terrorizm və Böyük Britaniyaya qarşı düşmən münasibətlə bağlı bildiklərini bölüşmək istəyənlər platformadan istifadə edə bilərlər.

Platformadan necə istifadə ediləcəyi ilə bağlı məlumatlar Mİ6-nın “YouTube” hesabında yerləşdirilən videoda paylaşılacaq.

“Rusiyada və dünyada potensial agentlər üçün” istifadə edilən platformaya daxil olmaq istəyən məlumatçılara xüsusi internet brauzerini yükləmək, təhlükəsiz VPN quraşdırmaq və öz adlarında olmayan telefondan istifadə etmək tövsiyə edilir”,- Mİ6 qeyd edib.

MI6-nın direktoru Sir Riçard Murun bu gün “Səssiz kuryer”i təqdim edəcəyi bildirilir.

Açıqlamada Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) də analoji platformaya sahib olduğu vurğulanıb, ABŞ və Böyük Britaniya arasında təhlükəsiz rabitə üçün “Google” ilə ortaqlıq elan edilib.

E. KAMAL
Seçilən
55
1
reyting.az

2Mənbələr