Ölkəmizin regionlarında əhalinin ekoloji məsuliyyət hissinin gücləndirilməsi, təbiəti mühafizə ilə bağlı bilik və bacarıqlarının artırılması, eləcə də gənclərdə davamlı həyat tərzi vərdişlərinin formalaşdırılması məqsədilə Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları mütəmadi olaraq maarifləndirici görüşlər keçirirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında bildirilir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti görüşlər Quba regional “ASAN xidmət” mərkəzində və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional nümayəndəliyində təşkil edilib. Tədbirlərdə gənclərə və könüllülərə Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunmuş sağlam ətraf mühitdə yaşamaq hüququ, tullantıların düzgün idarə olunması, təbii resurslara qənaət və digər ekoloji mövzular barədə ətraflı məlumat verilib.
Ü.Qarayev
XQ