AZ

“Konstitusiya və Suverenlik İli”ninAzərbaycanın dövlətçilik tarixində xüsusi yeri var- ÖZƏL

"Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-də qeyd olunacaq unudulmaz tarix - Dövlət Suverenliyi Günü təsis edilib". "Olaylar" xəbər verir ki,  bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib: "Bu Sərəncam Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan mübarizəmizin kulminasiya nöqtəsinin simvoludur. Sərəncamda 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin, 2023-cü ildə antiterror tədbirlərinin və XXI əsrdə ölkənin müstəqilliyinin möhkəmləndirilməsinin əhəmiyyəti bir daha vurğulanır. Azərbaycan Prezidenti "Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi haqqında" Sərəncam imzaladı və Tədbirlər Planını təsdiq etdi. "Konstitusiya və Suverenlik İli"nin müasir Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri var. Suverenlik dövlətlərin varlığını, həyat qabiliyyətini dünyaya nümayiş etdirən ən başlıca faktorlardan biridir. Bütün xarici dövlətlər və beynəlxalq təşkilatlar suverenliyini təmin edən dövlətlərlə daha sıx əməkdaşlıq edir, onun ərazi bütövlüyünə hörmətlə yanaşır. Konstitusiya və Suverenlik anlayışları isə dövlətlərin hüquqi və siyasi əsasları ilə yanaşı, onların milli kimliyini də aydın şəkildə ifadə edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
24
olaylar.az

1Mənbələr