AZ

Azərbaycan əsgəri cəmi 23 saatlıq bir əməliyyatla tarix yazdı – Politoloq

“Ermənilər faktiki olaraq Xankəndini və digər əraziləri terror yuvasına çevirmişdi. Bakı isə qarant ölkə kimi Rusiyanı və Ermənistanı dəfələrlə xəbərdar etmiş, razılaşma şərtlərinin yerinə yetirilməsini və erməni silahlı birləşmələrinin ərazilərdən çıxarılmasını tələb etmişdi. Lakin bütün xəbərdarlıqlar nəticəsiz qalırdı. 19 sentyabrda Xocavənd rayonu ərazisində erməni terrorçularının yerləşdirdiyi minanın partlaması nəticəsində 9 polis əməkdaşımızın şəhid olması Azərbaycanın səbr kasasını daşıran son damla oldu. Bunun ardınca Azərbaycan Konstitusiya quruluşunu bərpa etmək və vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə antiterror əməliyyatına başladı.”- bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq qeyd edib ki, cəmi 23 saat davam edən əməliyyat nəticəsində Qarabağda qalan erməni silahlı dəstələri tamamilə zərərsizləşdirildi, tərkisilah edildi. Bununla da Azərbaycan Konstitusiya quruluşunu və suveren hüquqlarını tam şəkildə bərpa etdi. Arzuman Muradlının sözlərinə görə, 19–20 sentyabrda keçirilən uğurlu antiterror əməliyyatı Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığını, əzmkarlığını və gücünü bir daha bütün dünyaya nümayiş etdirdi. Onun sözlərinə görə, erməni silahlı birləşmələrinin sıradan çıxarılmasından və Qarabağdakı əraziləri tərk etməsindən sonra Xankəndində məskunlaşmış separatçı xunta rejimi özünü buraxaraq tarixin zibilliyinə göndərildi.

Politoloq bildirib ki, bu 23 saatlıq əməliyyat həm tarixi, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyır:

“Bu qələbə Azərbaycanın Qarabağ iqtisadi rayonunu inkişaf edən, çiçəklənən bölgəyə çevirməsinə imkan yaratdı. Bu gün Xankəndi və Şuşada ən mötəbər tədbirlər keçirilir, yüksək səviyyəli qonaqlar qəbul olunur. Xankəndi şəhərinin mərkəzi meydanında Prezident İlham Əliyevin üçrəngli, ay-ulduzlu bayrağımızı ucaltdığı an isə çağdaş tariximizin ən qürurverici səhifələrindən biri oldu”.

 

Seçilən
13
moderator.az

1Mənbələr