AZ

Zaman keçdikcə konstitusiyaya dəyişiklik zərurəti yaranır - Elşad Nəsirov

Zaman keçdikcə konstitusiyalarda dəyişikliklərin aparılması hüquqi və ictimai zərurətə çevrilə bilər. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov "Konstitusiya və Suverenlik İli" çərçivəsində Milli Məclisdə keçirilən Dövlət Suverenliyi Gününə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

Nəsirov qeyd edib ki, Azərbaycan Konstitusiyasının dinamik dəyişən cəmiyyət və dövlət tələblərinə uyğunlaşdırılması üçün artıq ilkin addımlar atılıb və bu istiqamətdə parlament səviyyəsində müzakirələr başlanılıb.

“Əgər Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişiklik ediləcəksə, bu, Azərbaycan Konstitusiyasında da uyğunlaşdırıcı dəyişiklikləri tələb edə bilər,” –  Nəsirov vurğulayıb.

1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyasına bu günə qədər üç dəfə – 2002, 2009 və 2016-cı illərdə referendum yolu ilə dəyişikliklər edilib. 

Gülnar Nazimqızı

Seçilən
33
1
anews.az

2Mənbələr