AZ

Almaz Ələsgərova qalmaqal yaşadığı Afaq Bəşirqızından DANIŞDI - VİDEO

Əməkdar artist Almaz Ələsgərova növbəti dəfə Xalq artisti Afaq Bəşirqızı ilə qalmaqalından danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə sənətçi “Öz aramızda” verilişində açıqlama verib. 

A.Ələsgərova məsələ ilə bağlı bunları söyləyib:
 

“İstəməzdim bu söhbəti gündəmə gətirim. Olan oldu, keçən keçdi. Allah canını sağ eləsin. Biz eyni teatrda çalışırıq, bu yaxında “Şöhrət” ordeni aldı, təbrik edirəm”.


Qeyd edək ki, qalmaqala səbəb A.Ələsgərovanın teatrda baş tutan iclasda saqqız çeynəməsi olmuşdu. A.Bəşirqızı iclas iştirakçılarından birinin saqqız çeynədiyini eşidib. İddiaya görə, aktrisanın əsəbləri buna dözməyib və ucadan “bu qələti edən kimdir?” deyə, iştirakçılara səslənib. Bu zaman A.Ələsgərova “qələti sən özün edirsən” cavabını verib.


Sara, Bizim.Media

Seçilən
33
2
bizim.media

3Mənbələr