AZ

Almaniyada qaçqınların sayı 2011-ci ildən bəri ilk dəfə azalıb

Almaniyada yaşayan qaçqınların sayı 2011-ci ildən bəri ilk dəfə azalıb...

APA xəbər verir ki, bu barədə “Spiegel” nəşri məlumat yayıb.

Məlumatda qeyd olunur ki, hökumətin statistikasına görə, 2024-cü ilin sonundan bu ilin ilk yarısına qədər qaçqınların ümumi sayı təxminən 50 min azalıb: 3,545 milyondan 3,495 milyona düşüb.

Alman Sol Partiyasının analizinə əsasən, azalmaya səbəb miqrantların və hərbi qaçqınların ölkəyə gəlməsinin davam etməsinə baxmayaraq, deportasiyaların və könüllü getmələrin sayının artmasıdır.

Bundan başqa, qaçqınların çoxu Almaniya vətəndaşlığı alıb. Federal Daxili İşlər Nazirliyinin məlumatına görə, keçən il 83,150 keçmiş Suriya vətəndaşı Almaniya vətəndaşlığı alıb.

Rəsmi rəqəmlərə görə, təxminən 3,5 milyon qaçqından 492 minə yaxını hazırda qeyri-müəyyən statusa malikdir. İyul ayının sonuna Ukraynadan gələnlərin sayı 1,27 milyon nəfər olub.

Sol Partiyanın daxili siyasət və qaçqın məsələləri üzrə sözçüsü Klara Bünger bildirib ki, bu rəqəmlər “sevinməyə əsas vermir, çünki dünyada qaçmaq üçün səbəblər əvvəlkindən daha çoxdur”.

Poliqon.info

Seçilən
36
3
poliqon.info

4Mənbələr