AZ

Azərbaycan referenduma gedir? Vitse spiker anons verdi

Mia.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Yeni çağırışlar meydana çıxır, Konstitusiya səviyyəsində buna cavab verilməlidir".

Bunu “Konstitusiya və Suverenlik ili” çərçivəsində Dövlət Suverenliyi Gününə həsr edilən konfransda Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib.

Ziyafət Əsgərov deyib ki, hər bir xalqın müstəqil suveren dövlət qurmaq arzusudur: “Dünyada 5000-dən çox xalq, etnik qrup yaşayır, Azərbaycana suveren dövləti olmaq nəsib olub. Azərbaycanın ilk milli Konstitusiyası 1995-ci ildə qəbul olundu. 1991-1993-cü illər ərzində Konstitusiyanı hazırlamaq mümkün olmadı. Mənim yaxşı yadımdadır, 1995-ci ildə qəbul edilən Konstitusiyanın hazırlanması üzrə İşçi Qrupunda biz də fəaliyyət göstərirdik. Konstitusiyanın əsas qayəsi hər bir Azərbaycan vətəndaşının hüquq və azadlılarının konstitusion səviyyədə təsbit olunması idi.

İndiyə kimi Konstitusiyamıza əlavə və dəyişikliklər edilməsi ilə bağlı bir neçə referendum keçirilib. Bu əlavə və dəyişikliklər vətəndaşlarımızın hüquq və azadlıqlarının daha da möhkəmləndirilməsi məsələləri idi. Yeni çağırışlar meydana çıxır, Konstitusiya səviyyəsində buna cavab verilməlidir. 2020-ci ildə biz Vətən müharibəsində qalib gəlsək də, bəzi ərazilər hələ də ermənilərin əlində idi. Nəhayət, 2023-cü ilin sentyabrında Xankəndi, Xocavənd, Xocalı, Ağdərə və digər yerlərdə Azərbaycan bu məsələni həll etdi və Azərbaycanda separatizmin kökü bir dəfəlik kəsildi. Suverenlik hər bir dövlət üçün müqəddəs anlayışdır. Bu gün artıq Azərbaycan həm daxili, həm xarici siyasətində tam suveren dövlətdir”.

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
3
mia.az

10Mənbələr