AZ

Belçikadan azərbaycanlı alimə görə İrana sərt xəbərdarlıq

Belçika parlamentinin Xarici siyasət komitəsi İran səfirini həbsdə olan Azərbaycan əsilli İran-İsveç vətəndaşı olan tədqiqatçı Əhmədrza Cəlalinin vəziyyəti ilə bağlı izahat vermək üçün parlamentə çağırıb.

"Cebheinfo.az" Bakupost.az-a istinadən xəbər verir ki, bu haqda Cəlalinin həyat yoldaşı Vida Mehranniya məlumat yayıb.

“Parlament və komitə rəhbərləri bildiriblər ki, üç ay səssizlikdən, alimin harada saxlanılması barədə məlumatsızlıqdan sonra Əhmədrza Cəlali ilə bağlı narahatlıqlar həmişəkindən daha çox artıb”,- o bildirib.

Xatırladaq ki, İsrail hərbi hava qüvvələri iyunun 23-də Tehranın Evin həbsxanasına zərbə endirdikdən sonra Əhmədrza Cəlali və çox sayda başqa məhbus digər həbsxanalara köçürülüb. O gündən bu yana azərbaycanlı alimin harada saxlanılması və sağlıq durumu ilə məlumat əldə etmək mümkün olmayıb.

Qeyd edək ki, əslən Güney Azərbaycanın Sarab mahalından olan İsveç vətəndaşı Əhmədrza Cəlali 2016-cı ilin aprel ayında Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdikdən sonra həbs edilib.

2017-ci ilin sentyabr ayında Tehran İnqilab Məhkəməsi azərbaycanlı alimi “İsrailə casusluq” ittihamına görə edama məhkum edib və qərar İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub.

"Cebheinfo.az" 

Seçilən
51
3
cebheinfo.az

4Mənbələr