AZ

Dəmir Yolları ilə bağlı şikayətə CAVAB

Azərbaycan Dəmir Yolları (ADY) ilə bağlı narazılıq var. 

Bununla bağlı Hit.az-ın redaksiyasına şikayət daxil olub. Şikayət qatarların intervalı və bilet qiyməti ilə bağlıdır. 

Belə ki, dəmiryolu ilə harasa getmək üçün bilet almaq lazımdır. Biletlərlə bağlı 15 dəqiqəlik bir zaman müəyyən olunub. Daha dəqiq desək, bileti aldıqdan sonra 15 dəqiqə keçirsə platformadan ayrıldıqda artıq sizdən 1 manat çıxılır. Lakin 15 dəqiqəyə qədər hansısa səbəbdən fikriniz dəyişərsə ödəniş tələb olunmur. 

Şikayətçinin sözlərinə görə qatarların intervalla gəlməsi bir qədər çətinlik yaradır. O, pik saatlarda uzun müddət gözlədikdən sonra sıxlıq səbəbindən çox zaman gələn qatara minə bilməməkdən gileylənib. Şikayətçi tərəf qeyd edir ki, növbəti qatarı gözləmək əlavə vaxt itkisidir və bəzən ikinci gələn qatara da minmək olmur. 

Onun iddiasına görə, bəzi insanlar bu vəziyyətdə qatarla getməkdən imtina edərək, platformadan çıxırlar. Bu zaman 15 dəqiqə müddəti keçdiyi üçün qatar xidmətindən istifadə etməmələrinə rəğmən 1 manat ödəyirlər. 

Problem də məhz bununla bağlıdır. Redaksiyamıza daxil olan şikayətdə həmin 15 dəqiqəlik müddətin artırılması və ya bu məsələnin ümumiyyətlə ləğv olunması təklif olunur. 

Bəs belə bir ehtimal varmı? Bu məsələ gündəmə gələ bilərmi? 

Mövzu ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-yə sorğu ünvanladıq. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Hit.az-a açıqlamasında sözügedən məsələlərin gündəmdə olmadığını deyib:

"Sistem belə tənzimlənib. Hazırda sistemin dəyişdirilməsi gündəmdə deyil". 

Pərviz

Seçilən
28
hit.az

1Mənbələr