AZ

Audiovizual Şurasının sədri BRAF-ın 12-ci Toplantısında iştirak edib

Bakı.Trend:

Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmətSəttarovun başçılıq etdiyi nümayəndə heyəti Qara Dəniz İqtisadiƏməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin televiziya və radioyayımı üzrə tənzimləyici orqanlarının Forumunun (BRAF) 12-ciToplantısında iştirak edib.

Trend xəbər verir ki, bu barədə AudiovizualŞura məlumat yayıb.

Bildirilib ki, 16-18 sentyabr 2025-ci il tarixlərindəAlbaniyanın Vlora şəhərində keçirilən tədbirin mövzusu "Audiovizualvə onlayn media platformalarında nifrət nitqi və informasiyaazadlığı" olmuşdur. Tədbirdə Albaniya Audiovizual Media Qurumunun(AMA) sədri xanım Armela Krasniqi, BRAF-ın Baş katibi xanım DənizGüçer və QDİƏT-in Baş katibinin birinci müavini xanım Merve SəfaKavakçı açılış nitqləri ilə çıxış etmişlər.

Toplantı çərçivisində "Audiovizual mediada nifrət nitqi vəinformasiya azadlığı: İnformasiya azadlığı və ictimaitəhlükəsizliyin balanslaşdırılması üçün etik qaydalar və hüquqiçərçivələr" və "Onlayn media platformalarında nifrət nitqi vəinformasiya azadlığı: Onlayn media kontentini tənzimləmək üzrəictimai məlumatlılıq kampaniyası və beynəlxalq əməkdaşlıq"mövzularında iki panel sessiya təşkil edilmişdir.

Birinci paneldə çıxış edən İsmət Səttarov Azərbaycanda nifrətçıxışları, dini, irqi, cinsi ayrıseçkiliyin qanunla qadağanolunduğunu bildirmiş, bu istiqamətdə Audiovizual Şuranın gördüyüişlər barədə geniş məlumat vermişdir.

Toplantının işində iştirak edən Sədrin müşaviri HaşimƏliməmmədzadə Azərbaycanda media sahəsində baş verən sondəyişikliklər haqqında danışmışdır.

Tədbirin sonunda BRAF-ın növbəti toplantısının Bolqarıstandakeçirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edək ki, BRAF-ın11-ci toplantısı 14-16 aprel 2025-ci il tarixlərində BakıdaAudiovizual Şuranın təşkilatçılığı ilə keçirilmişdi.

Məqalədə:
Seçilən
6
1
az.trend.az

2Mənbələr