AZ

Tramp Çinlə razılaşmanın lehinə Tayvana hərbi yardımı rədd etdi

ABŞ prezidenti Donald Tramp bu yay Tayvana 400 milyon dollardan çox hərbi yardımdan imtina edib. Qərar Çinlə razılaşma ilə bağlıdır.

Bu barədə “The Washington Post”a istinadən RBC-Ukrayna məlumat yayıb.

Beş nəfər nəşrə bildirib ki, rədd cavabı Trampın ticarət sazişi və Çin prezidenti Si Cinpinlə mümkün zirvə görüşünü müzakirə etmək cəhdi ilə bağlıdır.

Bəziləri onu da qeyd edir ki, hələ də geri qaytarıla bilən qərar Çinin öz ərazisi hesab etdiyi Tayvana münasibətdə ABŞ-ın siyasətində dönüşü göstərir.

Vəziyyətlə tanış olan iki mənbəyə görə, paket 400 milyon dollara başa gələcək və döyüş sursatları və avtonom dronlar da daxil olmaqla, Tayvana əvvəlki yardımdan "daha ölümcül" olacaq.

WP əlavə edib ki, Ağ Ev sözçüsünə görə, yardım paketi ilə bağlı qərar hələ qəbul edilməyib. Bu arada Tayvanın Vaşinqtondakı səfirliyi şərh verməkdən imtina edib.

Oxuməni.az

Seçilən
13
2
oxumeni.az

3Mənbələr