AZ

Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı

İstanbulda Bosfor boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb.
 
Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi xəbər yayıb.
 
Bildirilir ki, Haydarpaşa Limanından çıxacaq yedəkli gəmi səbəbindən boğaz hər iki istiqamətə bağlanıb.
 
Nazirlikdən bildirilib ki, gəmi keçidi tamamlandıqdan sonra hərəkət yenidən bərpa olunacaq.
Seçilən
42
2
moderator.az

3Mənbələr