AZ

Tesla şikayətlərə görə qapı tutacaqlarını yenidən dizayn edir

Tesla şikayətlərə görə qapı tutacaqlarını yenidən dizayn edir

Tesla avtomobil qəzaları və yanğınlarda sərnişinlərin içəridə qalması ilə bağlı şikayətlərin artması üzərinə qapı açma mexanizmini yenidən dizayn etməyi planlaşdırır.

ABŞ Milli Avtomobil Yol Təhlükəsizliyi İdarəsi (NHTSA) uşaqlarını oturacağa oturtdurduqdan sonra avtomobilə yenidən daxil ola bilməyən və ya şüşələri qırmaq məcburiyyətində qalan Tesla sahiblərinin şikayətləri əsasında araşdırma başlayıb.

Bloomberg-in araşdırması göstərir ki, Tesla avtomobillərində 140 nəfər qapı tutacağı problemləri səbəbindən içəridə qalıb və bəzi hallarda ciddi xəsarətlər və ölümlər baş verib.

Tesla-nın dizayn rəhbəri Frans von Holzhausen çərşənbə günü qatıldığı podkast yayımında elektron və mexaniki açma mexanizmlərinin tək bir düymədə birləşdirilməsinin planlaşdırıldığını açıqlayıb.

Holzhausen bildirib ki, elektron və mexaniki sistemi tək bir düymədə birləşdirmək məntiqli görünür və panika anında çıxışı daha sürətli və asan edə bilər.

Yeni tənzimləmənin yalnız istehsal olunacaq modellərdə tətbiq ediləcəyi, yoxsa mövcud avtomobillərə də şamil olunacağı hələlik məlum deyil.

Mövcud Model S və X seriyalarında qapı tutacaqları içəriyə girib çıxarkən, Model 3 və Y seriyalarında isə basıldıqda açılan mexaniki tutacaqlar var. Lakin sistemin sıradan çıxması və ya qəza sonrası enerji kəsilməsi halında avtomobildən çıxış yalnız içəridəki mexaniki tutacaqla mümkündür.

Mütəxəssislərə görə, mexaniki açma tutacaqlarının sərnişinlər üçün çətin tapılan yeri, xüsusilə uşaqlar və avtomobilə tanış olmayan şəxslər üçün ciddi risk yaradır. Bloomberg-in məlumatına görə, bəzi qəzalar zamanı ilk yardım komandaları qapıları aça bilmədiyindən sərnişinlər yanğın zamanı içəridə qalaraq ağır xəsarət alıb və ya həyatını itirib.

Tesla-nın dizayn dəyişikliklərinin markanın təhlükəsizlik imicinə birbaşa təsir göstərə biləcəyi qiymətləndirilir.

Seçilən
17
afn.az

1Mənbələr