AZ

Bakıda “Formula 1” fan zonası: Simulyatorlar, konsertlər və unudulmaz əyləncə – FOTOREPORTAJ

Bakıda
“Formula-1 Qatar Airways Azərbaycan Qran-prisi 2025” günlərində Bakı küçələri həm sürət yarışlarının, həm də fan zonaların mərkəzinə çevrilib. Burada azarkeşlər yarışın gedişatını izləməklə yanaşı, müxtəlif əyləncə və istirahət imkanlarından da yararlanırlar.
Fan zonalarda insanlar pilotları, komandaları və yarışın gedişatını canlı ekranlardan izləyir, şəkil çəkdirir və ölkəmizin mədəniyyətini, qonaqpərvərliyini hiss edirlər. Rəngarəng bayraqlar, musiqi və gülərüz könüllülər ab-havanı daha da canlandırır. Uşaqlar üçün xüsusi oyun zonaları, ailələr üçün istirahət sahələri, həmçinin yemək və içki nöqtələri fan zonaların cəlbediciliyini artırır. Hər yaşdan insan burada bir araya gələrək yarış coşqusunu paylaşır. 1news.az-ın fotoreportajında Bakıda fan zonalarının canlılığını, azarkeşlərin enerjisini və şəhərin yarış əhval-ruhiyyəsini əks etdirən anlar təqdim olunur. Foto: Nadir İbrahimli
Seçilən
19
1news.az

1Mənbələr