AZ

NATO sərhədində “dron divarı” yaratmağı təklif edilir

Almaniyada Xristian-Demokratik İttifaqının (XDI) deputatı Norbert Röttgen Şimali Atlantika Alyansının şərq sərhədləri boyunca “dron divarı” yaradılmasını təklif edib.

AzPost xəbər verir ki, bu barədə siyasətçi Almaniyanın ZDF telekanalına açıqlama verib.

Röttgen bildirib ki, NATO-nun şərq cinahı pilotsuz uçuş aparatlarının (PUA) hücumlarına qarşı mühafizə olunmalıdır: “Bizə şərq sərhədində tam müdafiə lazımdır. Bu, mütləq reallaşacaq”, – deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, müasir müharibələrin aparılma üsulu köklü şəkildə dəyişib. Artıq ordular yalnız klassik silahlarla deyil, müxtəlif tipli PUA-larla gücləndirilməlidir. Röttgen kəşfiyyat, müdafiə, hücum, eləcə də “dron-tələ” funksiyasına malik uçuş aparatlarının istifadəsinin vacibliyini qeyd edib.

Xatırladaq ki, daha əvvəl Avropa İttifaqının müdafiə və kosmos üzrə komissarı Andryus Kubilyus da oxşar təşəbbüslə çıxış etmiş və məsələni hərbi rəhbərliklə müzakirə edəcəyini bildirmişdi.

AzPost.az

Seçilən
16
1
azpost.info

2Mənbələr