AZ

Hərbi Prokurorluqda kadr dəyişikliyi olub - YENİLƏNİB

Hərbi Prokurorluğun Mətbuat xidmətinin sabiq rəhbəri baş ədliyyə müşaviri Firad Əliyevlə bağlı təyinat olub.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı hərbi prokuror Bəhruz Əhmədov əmr imzalayıb.

Əmrə əsasən, Mətbuat Xidmətinin rəhbəri baş ədliyyə müşaviri Əliyev Firad Fuad oğlu tutduğu vəzifədən azad olunub, Hərbi prokurorun böyük köməkçisi vəzifəsinə təyin olunub.

14.29

Hərbi Prokurorluqda yeni kadr təyinatı olub. Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri baş ədliyyə müşaviri Firad Əliyev vəzifəsindən azad olunub.

Hərbi prokuror Bəhruz Əhmədov bununla bağlı əmr imzalayıb.

Onun yerinə ədliyyə müşaviri Samir Əzimzadə təyin olunub. Samir Əzimzadə Hərbi Prokurorluğun əməkdaşı olub.

"Cebheinfo.az" 

Seçilən
28
4
cebheinfo.az

10Mənbələr