AZ

İspaniya xarici işlər naziri İsraillə əlaqələrin kəsilməsi təklifini rədd etdi

İspaniya xarici işlər naziri Xose Manuel Alvares hökumət koalisiyasındakı tərəfdaşlarının İsraillə diplomatik əlaqələrin kəsilməsi ilə bağlı çağırışlarını rədd edib.
Oxu.Az bu barədə EFE portalına istinadən məlumat verir.
Albares bu məsələnin hazırda hökumətin gündəmində olmadığını deyib.
Xatırladaq ki, sentyabrın əvvəlində ölkənin Baş naziri Pedro Sançes İsrail hökumətinə təzyiqi artırmaq məqsədilə bir sıra tədbirlər elan edib. Bu çərçivədə İsrail gəmi və təyyarələrinin silah daşımaları halında onların İspaniya limanlarına və hava məkanına girişi yasaqlanacaq. Bununla yanaşı, İspaniya hökuməti İsrailin silah şirkəti ilə 700 milyon avro dəyərində olan müqaviləni ləğv edib.
Seçilən
21
2
sherg.az

3Mənbələr