ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 19 sentyabr, AZƏRTAC
Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən vətəndaş məmnunluğunu təmin etmək məqsədilə “802-Qaynar xətti”i sentyabrın 19-u saat 13:00-dan sentyabrın 22-dək Formula 1 yarışları zamanı da vatsap üzərindən fəaliyyətini davam etdirəcək.
Bu barədə AZƏRTAC-a İşçi Qrupundan məlumat verilib.
Bildirilib ki, vətəndaşlar rəsmi vatsap nömrəsi (055) 600-08-02 vasitəsilə sorğularını göndərərək aidiyyəti üzrə məlumat əldə edə biləcəklər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.