AZ

Amal Qrup la Upsilon MMC arasında borc qalmaqalı

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

"Amal Qrup" şirkəti ilə "Upsilon" MMC arasında borc qalmaqalı yaşanır. 

Bu barədə Qaynarinfo-ya daxil olan məlumatda iddia edilir ki, "Upsilon" MMC "Amal Qrup" şirkətinin podartçı olduğu layihədə subpodratçıdır. 

İddialara görə, "Upsilon" MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, pulunu ala bilmir. 

Məlumatda bildirilir ki, "Amal Qrup" MMC-nin direktoru Orxan İbrahimli borcu ödəməmək üçün müxtəlif üsullara əl atır. Qalmaqal bir ildən artıqdır davam edir. "Upsilon" MMC pulunu almaq üçün müxtəlif qurumlara şikayət edib. Lakin hələ ki, bir nəticə yoxdur.

İddia olunur ki, borcun ödənilməməsi bir yana "Upsilon" MMC-yə məxsus invertarlar da girovda saxlanılıb. Məqsəd "Upsilon" MMC-ni borcdan imtinaya məcbur etmək olub. Şikayətlər nəticəsində cari ilin mart ayında invertarlar geri qaytarılıb. Həmçinin borcun 10 faizi ödənilib. Həmçinin borcun tam olaraq yaxın vaxtlarda ödəniləcəyi barədə "Upsilon" MMC-yə vəd verilib. 

Məlumatda qeyd edilir ki, məsələ ilə əlaqədar hətta Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdareətetmə Xidmətinin təşkilatçılığı ilə görüş keçirilib. Həmin görüşdə borcla bağlı bütün sənədlər təqdim edilib. Buna baxmayaraq, problem yenə də həllini tapmayıb. 

Məlumatda bildirilir ki, "Amal Qrup" MMC Qubadlı rayonun Zilanlı kəndinin yenidəqurulmasını həyata keçirir. 

İddia olunur ki, bu layihədə subpodratçı şirkətlərin bir çox "Amal Qrup"dan narazılıq edir. Onların yaxın günlərdə şirkətin ofisinin qarşısında aksiya keçirəcəyi iddia olunur. 

Qaynarinfo məlumatla əlaqədar həm "Amal Qrup" MMC, həm də "Upsilon" MMC ilə əlaqə saxlamağa çalışıb. Lakin edilən cəhdlər uğursuz olub. "Amal Qrup" MMC-yə məxsus nömrəyə zəng çatmayıb, "Upsilon" MMC-yə məxsus nömrənin isə təyin olunmadığı məlum olub. 

Seyid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
1
qaynarinfo.az

2Mənbələr