Qubada yol-nəqliyyat hadisəsi baş verib.
Yenisabah.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, Quba - Pirvahid kəndini birləşdirən avtomobil yolunda "Vaz-2109" və "Kia" markalı minik avtomobilləri toqquşub.
Qəza nəticədə "Vaz-2109"-da olan 15 yaşlı qız dünyasını dəyişib, Əmirov Salman Zümür oğlu, Əmirova Aygün Əbülfərz qızı, Əmirov Zümrəddin Salman oğlu və Hümbətov Təbriz Akif oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Toyuqlu pizza
Yaralıların müalicəsi Quba rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız