AZ

“İctimai-siyasi xadimlərə verilən dəyər tariximizə verilən dəyərdir” - DEPUTAT DANIŞDI

“Prezident İlham əliyevin Fətəli Xan Xoyskinin 150 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalaması, Azərbaycan dövlətinin tarixi şəxsiyyətlərə, xüsusilə də xalqın müstəqilliyi və dövlətçiliyi uğrunda xidmət göstərmiş ictimai-siyasi xadimlərə verdiyi dəyərin bariz nümunəsidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ülviyyə Həmzəyeva deyib.

Deputat bildirib ki, Fətəli Xan Xoyski - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, ilk hökumətin başçısı və hüquqşünas idi: “Onun fəaliyyəti Azərbaycan tarixində dövlətçilik ənənələrinin əsasının qoyulması ilə sıx bağlıdır. Belə bir şəxsiyyətin yubileyinin dövlət səviyyəsində qeyd edilməsi həm tarixi yaddaşın qorunmasına, həm də gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə xidmət edir. Bu fakt onu da göstərir ki, Azərbaycan dövləti yalnız bu günün inkişafı ilə deyil, həm də tarixi irsin qorunması və gələcək nəsillərə ötürülməsi ilə maraqlanır. İctimai-siyasi xadimlərə verilən qiymət onların fəaliyyəti ilə xalqın tarixində qoyduğu izə verilən qiymətdir. Beləliklə, dövlət səviyyəsində yubileylərin, anım günlərinin keçirilməsi həm milli kimliyimizin möhkəmləndirilməsi, həm də tarixi ədalətin bir təcəssümüdür”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
0
1
sia.az

2Mənbələr