“The Economist Group”un araşdırma və təhlil bölməsi olan “Economist Intelligence Unit” (EIU) Azərbaycanın inflyasiya proqnozunu yaxşılaşdırıb.
Banker.az xəbər verir ki, EIU Azərbaycanda 2025–2027-ci illərdə orta illik inflyasiyanın 5%-i ötməyəcəyini proqnozlaşdırıb.
“The Economist” Azərbaycanda 2025-ci ildə 4,5%, 2026-cı ildə 4,6%, 2027-ci ildə isə 4,7% inflyasiya olacağını gözləyir. Başqa sözlə, inflyasiyanın Azərbaycan Mərkəzi Bankının hədəf diapozonu daxilində ( 4±2%) olacağı proqnozlaşdırılıb.
Qeyd edək ki, 2026-cı ilin büdcə layihəsində bu il üzrə Azərbaycanda orta illik inflyasiya 5,4%, 2026-cı il üzrə 4,8 %, 2027-ci il üzrə 4,5 %, 2028-ci ildə 4,3 %, 2029-cu ildə isə 4,2 % səviyyəsində proqnozlaşdırılıb.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 2,2 % təşkil edib.
Mənbə APA